12 Noyabr 2026, 23:09
FUTBOL
Komanda bundan əvvəl Millətlər Liqasında Fransaya (0:1), İtaliyaya (1:4), Belçikaya (0:3) və yenidən İtaliyaya (1:3) məğlub olmuşdu.
Türkiyə yığması 45 ildən sonra ilk dəfə ardıcıl beş oyunda məğlub olub. Matc.az xəbər verir ki, Sergen Yalçının rəhbərliyi altında ilk oyununa çıxan Türkiyə UEFA Millətlər Liqasının A Liqasının V turunda doğma meydanda Belçikaya 1:2 hesabı ilə uduzub.
İzmirdə keçirilən görüşdə Türkiyənin qolunu Arda Gülər, Belçikanın qollarını isə Kevin De Bruyne və Şarl De Ketelare vurub.
Bu nəticə ilə Türkiyə millisi ardıcıl beşinci məğlubiyyətini yaşayıb. Komanda bundan əvvəl Millətlər Liqasında Fransaya (0:1), İtaliyaya (1:4), Belçikaya (0:3) və yenidən İtaliyaya (1:3) məğlub olmuşdu.
Türkiyə millisi bu cür uğursuz seriyanı sonuncu dəfə 1981-ci ildə yaşamışdı. Həmin il komandanın ardıcıl beş məğlubiyyəti aşağıdakı oyunlarda qeydə alınıb:
25 mart 1981 – Türkiyə – Uels: 0:1
15 aprel 1981 – Türkiyə – Çexoslovakiya: 0:3
9 sentyabr 1981 – İslandiya – Türkiyə: 2:0
23 sentyabr 1981 – SSRİ – Türkiyə: 4:0
7 oktyabr 1981 – Türkiyə – SSRİ: 0:3
Beləliklə, 1981-ci ildən sonra Türkiyə millisi ilk dəfə ardıcıl beş məğlubiyyət seriyasına düşüb və 45 il sonra bu antirekord təkrarlanıb.








_1693746512.jpg)




