“Mançester Yunayted” klubunun yeni baş məşqçisi argentinalı mütəxəssis Maurisio Poçettino olacaq. Matc.az xəbər verir ki, tərəflər arasında razılıq əldə olunub və ABŞ Futbol Federasiyası da bu təyinata müsbət yanaşıb.
 
“The Athletic” nəşrinin məlumatına əsasən, 54 yaşlı argentinalı mütəxəssis “Mançester Yunayted”lə 2029-cu ilin yayına qədər qüvvədə olacaq iki il yarımlıq müqavilə imzalayacaq. İngiltərə klubu Poçettinonu ABŞ millisindəki öhdəliklərindən azad etmək üçün ABŞ Futbol Federasiyasına 10 milyon dollar təzminat ödəyəcək. Onun ABŞ yığmasının baş məşqçisi vəzifəsindən ayrılması ilə bağlı rəsmi açıqlamanın cümə günü verilməsi gözlənilir. 
 
Bununla belə, argentinalı mütəxəssisin noyabrda KONKAKAF Millətlər Liqası çərçivəsində Haiti ilə keçiriləcək oyunlarda ABŞ millisinə rəhbərlik etməsi ehtimalı da var.
 
Qeyd edək ki, “Mançester Yunayted” noyabrın 11-də baş məşqçi vəzifəsini icra edən Maykl Kerriklə yollarını ayırdığını açıqlayıb.
Poçettinonun rəhbərliyi altında “Mançester Yunayted”in ilk oyununun noyabrın 22-də “Enfild” stadionunda “Liverpul”a qarşı keçirilməsi gözlənilir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest