Həsənlinin bərbad idarəçiliyi cəzasız qalmayacaq. AFFA-dakı etibarlı mənbələrdən daxil olan məlumata görə, qurumun Hakim və Hakim-inspektorlar Komitəsi məsələ ilə bağlı operativ toplantı keçirib. Böyük ehtimalla Vüqar Həsənli sərt cəzalandırılacaq.

Azərbaycan Premyer Liqasının XXIV turunda "Neftçi" səfərdə "Sabah"la 2:2 hesablı heç-heçə edib. Matc.az xəbər verir ki, qarşılaşmanın baş hakimi Vüqar Həsənlinin idarəçiliyi müzakirələrə səbəb olub. Oyunda  3 penalti təyin edən referi "Sabah"ın 3 futbolçusuna və baş məşqçi Ramin Quliyevin köməkçisinə qırmızı vərəqə göstərib. Xüsusilə hakimin "Sabah"ın qapısına təyin etdiyi iki penalti, Bəhlul Mustafazadəni meydandan qovması və "Neftçi"nin heyətində Keysuke Hondanın vurduğu qolu qeydə almaması narazılıqla qarşılanıb.
 
Həsənlinin bərbad idarəçiliyi cəzasız qalmayacaq. AFFA-dakı etibarlı mənbələrdən daxil olan məlumata görə, qurumun Hakim və Hakim-inspektorlar Komitəsi məsələ ilə bağlı operativ toplantı keçirib. Böyük ehtimalla Vüqar Həsənli sərt cəzalandırılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest