Boks üzrə beş ağırlıq çəkisində keçmiş dünya çempionu Floyd Meyvezer yenidən rinqə qayıdır. Matc.az xəbər verir ki, 44 yaşlı idmançı Pol Loqanla qarşılaşacaq. Xüsusi təşkil olunan döyüş iyunun 6-da, Mayamidəki "Hard Rock" stadionunun rinqində keçiriləcək.
 
Pol Loqan boksçu, videobloqer, şoumen və aktyordur.
 
Meyvezer sonuncu dəfə 2018-ci ildə yaponiyalı Tensin Nasukava ilə döyüşmüş və ilk raundda nokautla qələbə qazanmışdı. Floyd karyerası ərzində çıxdığı 50 döyüşü qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest