Bu gün futbol üzrə Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Matc.az xəbər verir ki, hər iki qarşılaşma eyni gündə baş tutub.

İngiltərənin "Mançester Yunayted" klubu doğma meydanda İtaliya "Roma"sı ilə üz-üzə gəlib. Mançesterlilər doğma meydanda darmadağına seviniblər. Digər yarımfinal görüşü isə İspaniya "Vilyarreal"ı ilə İngiltərənin "Arsenal" klubları arasında baş tutub. Bu oyunda da meydan sahibləri qələbəyə seviniblər.

Qeyd edək ki, yarımfinalın cavab görüşləri mayın 6-da keçiriləcək.

Avropa Liqası
Yarımfinalın ilk oyunları

29 aprel

Mançester Yunayted (İngiltərə) – Roma (İtaliya) 6:2
Qol: B.Fernandes, 9; 71-pen. Kavani, 48; 64. Poqba, 75. Qrinvud, 86 – Pelleqrini, 15-pen. Dzeko, 34.

Vilyarreal (İspaniya) – Arsenal (İngiltərə) 2:1
Qol: Triqeros, 5. Albiol, 29 – Pepe, 73.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest