Azərbaycan kubokunun yarımfinalında "Zirə"ni mübarizədən kənarlaşdıraraq, finala yüksələn "Keşlə" klubunun futbolçusu Vüsal İsgəndərlinin matc.az saytına müsahibəsi

- "Zirə"yə ilk oyunda 1:2 hesablı məğlubiyyətdən sonra komandanızın mərhələ adlamaq şansı çox az olsa da, əzmkar qələbə sayəsində bunu reallaşdıra bildiniz...
- Düzdü, ilk qarşılaşmada uduzmuşduq. Amma özümüzə inanırdıq. Oyuna yollanmazdan öncə bütün komanda – rəhbərlik, məşqçi və futbolçular söhbət edəndə qələbə qazanıb, mərhələ keçəcəyimizə inanırdıq.

- Hətta ikinci hissənin əvvəlində məğlub duruma düşəndə də?  
- İlk oyundakı nəticəyə görə, 1 qol buraxmaq elə də qorxulu deyildi. Səmimi sözümdü, Zirəyə yollananda məqsədimiz 2 qol vurmaq idi.

- Yəni, ümidinizi itirmədiz...
- Xeyr. Qol buraxsaq belə, həvəsdən düşməməli idik. "Keşlə" səfərə qələbə, mərhələ adlamaq üçün yollanmışdı.

- Matçın sonları qalmaqalla yadda qaldı. Sizcə, baş hakimin rəqib futbolçuya qırmızı vərəqə və penalti vermək qərarı düzgün idi? Komanda yoldaşınız Abanq rəqibin cərimə meydançasında yıxılmışdı. Onunla danışdınızmı?
 - Həmin epizodda mən aralıda idim. Abanqın yanına getdim. Dedi ki, rəqib futbolçu onu arxadan vurub. Dediyiniz epizodla bağlı dostlar 1 video göndərib. Həqiqətən də, Abanqa qarşı kobudluq görünür. Hakimliyə gəlincə, mən baş hakimin qərəzli olmasına inanmıram.

 - Oyundan sonra yan xətt hakiminin döyülməsi barədə xəbərlər yayılıb. Siz hansısa qalmaqal gördüz?
 - Xeyr. Hansısa dava-dalaş görməmişəm. Hakimlərlə futbolçuların otaqları çox aralıdı. Hətta qapıları da başqa səmtdədi. Ona görə, mənim o söhbətdən xəbərim yoxdu.

- Digər yarımfinal cütündə "Sumqayıt"ın "Qarabağ"ı mübarizədən kənarlaşdırması gözlənilməz olmadı ki?
 - "Sumqayıt" çox yaxşı komandadı. Ayxan Abbasovun gördüyü iş göz qabağındadı, yaxşı kollekvit yaradıb. Zirəyə gedəndə yolboyu "Qarabağ"la oyunlarının bəzi epizodlarına baxdım. Belə deyək, fərqlənmək üçün imkanları çox idi. "Sumqayıt" pis oynamadı.

- Finalda "Sumqayıt", yoxsa "Qarabağ"la qarşılaşmaq "Keşlə"nin şansını artırardı?
 - Açıq danışaq, "Qarabağ"ın gücü bəllidi, bunu hamı bilir. Məni futbola gətirən, Premyer Liqaya  çıxaran Ayxan müəllimdi. Yenə deyirəm, Abbasov çox yaxşı komanda formalaşdırıb.  

- Avrokuboklara yollanmağınız üçün bir oyunda qələbə lazımdı. Buna nail olmaq üçün "Keşlə" nə etməlidi? Hansı çatızmalıqları aradan qaldırmaq lazımdı?
 - çatışmayan demzdim. Düznənki oyunda futbolçular çox əziyyət çəkdilər. Meydanda ayağımız dəyməyən yer qalmadı. İstək, əzmkarlıq, güc, iradə lazımdı. Finalda baş məşqçinin tapşırıqlarını yerinə yetirib qələbə qazanmaq olar. Bununla belə, biz çempionatdan əlimizi üzməmişik. Hazırda altıncı pillədə olsaq da, yuxarı sıralara yüksəlməyə çalışacağıq.   

- Artıq mövsüm başa çatmaq üzrədi. "Keşlə"də qalacaqsıznız, yoxsa?
 - İndiki vaxtda bu haqda danışmaq düzgün çıxmaz. Final və çempionatda 4 oyunumuz var. Düzdü təkliflərim var, amma indi fikrimi komandamın oyununa yönəltmişəm.

- Təklif ölkə xaricindəndi, yoxsa yerli klublardan?
- Həm ölkə daxilindən, həm də xarici klublardan. İnşallah, yayda yaxşı şeylər olacaq.

 - özün, yoxsa "Keşlə" ilə bağlı?
 - Hər iksi ilə bağlı.

 - "Keşlə" avrokuboklara yollanacağı təqdirdə, hazırkı heyətlə nəyə nail olmaq olar: yalnız birinci mərhələdə oynamaq, yoxsa?
 - Belə deyim, o vaxtadək komandadan gedənlər də olacaq, gələnlər də. Transferlərdən çox şey asılı olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest