İspaniya La Liqasının XVIII turunda "Xetafe"ni 2:1 hesabı ilə məğlub edən "Barselona" liderliyini möhkəmlədib. Matç.az saytının məlumatına görə, Kataloniya klubunun heyətində Lionel Messi və Luis Suares fərqlənib.

Bununla Messi çempionatdakı qol sayını 16-ya, Suares isə 12-yə çatdırıb. Birlikdə 28 topa imza atan cənubi amerikalı cütlük İspaniyada 16 klubdan çox qol vurub. Onlar arasında hətta "Real" və "Atletiko" da var. 18 turdan sonra yalnız "Sevilya" (31 qol) və "Levante" (30) Messi-Suares tandemini qabaqlayır, "Selta" isə 28 qola imza atıb.

"Barselona" 18 turda ümumilikdə rəqib qapılarından 50 top keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest