Futbol üzrə İspaniya La Liqasında 34-cü turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, bazar günü daha dörd görüş baş tutub. 
 
"Valyadolid" – "Betis" matçında qalib müəyyənləşməyib. "Vilyarreal" doğma meydanda "Xetafe"ni minimal hesabla üstələyibsə, "Qranada" evdə "Kadis"ə uduzub.
 
Təxirə salınmış oyunda doğma meydanda "Qranada"ya uduzan "Barselona" isə səfərdə "Valensiya" ilə qarşılaşıb. Beş qolun qeydə alındığı oyun Kataloniya təmsilçisinin çətin qələbəsiylə yekunlaşıb.
 
İspaniya La Liqası
34-cü tur
30 aprel
 
Selta – Levante 2:0
Qol: Mendes, 51. Solari, 74.
 
1 may
 
Eybar – Alaves 3:0
Qol: Kike, 3; 50; 59.
 
Elçe – Atletiko 0:1
Qol: Lyorente, 23.
 
Hueska – Real Sosyedad 1:0
Qol: Elustondo, 87-öz qapısına.
 
Real – Osasuna 2:0
Qol: Militao, 76. Kazemiro, 80.
 
2 may
 
Valyadolid – Betis 1:1
Qol: Vayssman, 68 – R.Qarsiya, 49.
 
Vilyarreal – Xetafe 1:0
Qol: Pino, 79.
 
Qranada – Kadis 0:1
Qol: Sobrino, 39.
 
Valensiya – Barselona 2:3
Qol: Paulista, 50. Soler, 83 – Messi, 57; 69. Qrizmann, 63.
 
3 may
 
23:00 Sevilya – Atletik

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest