Niderland Erediviziyasında mövsümün qalibi məlum olub.
 
Matc.az xəbər verir ki, 35-ci turda "Emmen"i 4:0 hesabıyla məğlub edən "Ayaks" sona 3 tur qalmış çempionluğunu rəsmiləşdirib.
 
35 turdan sonra xallarının sayını 89-a yüksəldən "Ayaks" ən yaxın izləyicisi PSV-ni 14 xal qabaqlayaraq, çempion olub.
 
Amsterdam təmsilçisi klub tarixində 35-ci dəfə Erediviziyanın qalibi adını qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest