"Bakı" Futbol Klubunun prezidenti, tanınmış iş adamı Hafiz Məmmədov Gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib.
 
Matc.az xəbər verir ki, Hafiz Məmmədov bunları deyib: "Gənclər və idman naziri Azad Rəhimovun dünyasını dəyişməsi xəbərini dərin kədər və təəssüf hissi ilə qarşıladım. Azad bəyi uzun illərdi tanıyırdım. O, vətənini sevən, işgüzar, dövlətinə sadiq bir insan idi. Bir neçə il əvvəl Madrid "Atletiko"su ilə əməkdaşlığa başlayarkən, məhz Azad Rəhimov dövlət rəsmisi kimi bizə lazımi dəstəyi göstərdi. Hətta səfərlərimizdən birində, Madrid şəhərində "Atletiko" klubunun rəhbərləri ilə görüşləri bərabər keçirdik və o işgüzar görüşlərdən çox gözəl xatirələr qaldı. Azad müəllimin xatirəsi həmişə qəlbimizdə yaşayacaq. Azad qardaş, qəbrin nurla dolsun. Ailə üzvlərinə və yaxınlarına, o cümlədən, Azərbaycan idman ictimaiyyətinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest