Futbol üzrə Azərbaycan Premyer Liqasının 25-ci turunun "Sumqayıt"la səfər oyunu "Sabah"ın gənc yarımmüdafiəçisi Abdulla Xaybulayev üçün əlamətdar olub.
 
Matc.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi komandasının 2:0 hesabıyla qalib gəldiyi görüşdə yüksək liqada ilk oyununa çıxıb.
 
Abdulla qarşılaşmanın 90+4-cü dəqiqəsində Mario Marinanı əvəzləyərək Premyer Liqada debüt edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest