PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasında "Slovan"a qarşı keçirilən və 6:1 hesabı ilə başa çatan oyundan sonra komandada "Qızıl top"u qazana biləcək futbolçular barədə fikirlərini bölüşüb.

Matc.az xəbər verir ki, bu barədə "Sports" nəşri məlumat yayıb.

İspaniyalı mütəxəssis yetirmələrinin potensialını yüksək qiymətləndirərək bu sözləri qeyd edib:

"Xviça Kvaratsxeliya və Dezire Due heyrətamiz futbolçulardır. Mənim fikrimcə, Kvara "Qızıl top"u qazanmaq gücündə olan bir oyunçudur. Eyni sözləri Usman Dembele, Vitinya və Fabian Ruisə də aid etmək olar.

Bu, həm bir məşqçi kimi mənim üçün, həm də azarkeşlərimiz üçün möhtəşəmdir. Fədakarlarımızın "Usman – Qızıl topun sahibidir" deyə şüar səsləndirməsi elə bir tezisdir ki, gələcəkdə bunu artıq digər bir oyunçuya da həsr edə bilərlər.

30 namizədin yer aldığı siyahıda komandamızın ən çox oyunçu ilə təmsil olunması faktı (parislilərin heyətindən 10 futbolçu bu siyahıdadır) bizim üçün böyük stimuldur – PSJ məhz bu gücü və əzmi təcəssüm etdirir".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest