Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Matc.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 24-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
 
“Sumqayıt-2” – “Zaqatala” oyununda “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyundan sonra “Sumqayıt”ın 88 nömrəli futbolçusu Cavid Quliyev “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 160 manat cərimə olunub. Oyundan sonra “Zaqatala”nın 4 nömrəli futbolçusu Kənan Müslümov “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 160 manat cərimə olunub. Oyundan sonra “Zaqatala”nın 15 nömrəli futbolçusu Firuddin Mövsümov “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 320 manat cərimə olunub. Oyun zamanı diktor əsasnamə tələblərini yerinə yetirmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunub.
 
“Sabah-2” - “Keşlə-2” oyunundan öncə “Keşlə”nin nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunub.
 
“Turan Tovuz” – “Neftçi-2” oyunundan öncə polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunub. “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
 
“Qaradağ Lökbatan” - “Sabah-2” oyununda “Qaradağ Lökbatan”ın 16 nömrəli futbolçusu Cavid Nəcizadə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. “Sabah”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyun gec başlandığı üçün meydan sahibi klub 160 manat cərimə olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest