İspaniya mətbuatı "Çelsi"yə məğlubiyyətdən sonra gülən vəziyyətdə kadrlara düşən Hazardın mövsümün sonunda "Real"dan göndəriləcəyini iddia edir.

"Real" çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçında "çelsi"yə uduzaraq (0:2, ilk oyun 1:1) turnirlə vidalaşıb.
 
Matc.az xəbər verir ki, Madrid təmsilçisinin futbolçusu Eden Hazardın oyundan sonrakı görüntüləri İspaniyada xoş qarşılanmayıb.
 
Belə ki, Hazard qarşılaşmadan sonra keçmiş komanda yoldaşları ilə danışaraq, zarafatlaşıb və onun gülən vəziyyəti kameralara düşüb. "Real" azarkeşləri Hazardın bu hərəkətini qəti şəkildə pisləyib.
 
İspaniya mətbuatı "çelsi"yə məğlubiyyətdən sonra gülən vəziyyətdə kadrlara düşən Hazardın mövsümün sonunda "Real"dan göndəriləcəyini iddia edir.
 
Hazard 2019-cu ilin yayında "çelsi"dən "Real"a keçib. Belçikalı futbolçu bu mövsüm Madrid klubu ilə 18 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest