Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün ilkin heyəti açıqlanıb. Matc.az xəbər verir ki, turnirdə iştirak üçün sifariş vərəqinə 20 oyunçu daxil edilib. Heyətdə 3 libero, 5 toppaylayıcı, 7 blokçu və 5 hücumçu yer alıb.
 
İlkin heyətə liberolar - Leyla Parşkova, Bəyaz Əliyeva, Yuliya Kərimova, toppaylayıcılar - Yana Doroşenko, Valeriya Kondratyeva, Kristina Yaqubova, Raziyə Əliyeva, Şəfaqət Alışanova, blokçular - Ayşən Abduləzimova, Nilufər Ağazadə, Anastasiya Mertsarova, Olena Xarçenko, Kseniya Pavlenko, Mariya Kirilyuk, Larisa Smertsova, hücumçular - Anastasiya Qurbanova, Marqarita Stepanenko, İlhamə Əliyeva, Anastasiya Bayduk və Odina Əliyevanın adı daxil edilib.
 
Qızıl Avropa Liqasının A qrupunda yer alan yığmamız Fransa, İspaniya və Rumıniya ilə mübarizə aparacaq. Komandamız qrup mərhələsində ilk oyununu iyunun 6-da Rumıniyaya qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest