Futbol üzrə UEFA çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu məlum olub.
 
Matc.az xəbər verir ki, "Mançester Siti"nin yarımmüdafiəçisi Riyad Mahrez həftənin ən yaxşısı seçilib.
 
Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Mahrez komandasının Fransanın PSJ klubu üzərində 2:0 hesablı qələbə qazandığı oyunda dublla yadda qalıb.
 
Həftənin ən yaxşısı adına İngiltərənin "çelsi" klubundan Nqolo Kante ilə Kay Haverts, həmçinin "Mançester Siti"nin digər futbolçusu Ruben Dias da namizəd idi.
 
Qeyd edək ki, UEFA çempionlar Liqasının finalında İngiltərənin "çelsi" və "Mançester Siti" komandaları qarşılaşacaq. Həlledici oyun mayın 29-da İstanbulda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest