Almaniyanın "Borussiya" (Dortmund) klubu futbolçusu Feliks Passlakla müqaviləni yeniləyib.
 
Matc.az xəbər verir ki, 22 yaşlı müdafiəçi ilə yeni sözləşmənin müddəti 2023-cü ilin yayına qədərdir.
 
Bu barədə Dortmund təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Passlak 2016-cı ildən "Borussiya"da çıxış edir. Alman müdafiəçi bu mövsüm Bundesliqada 6 oyuna çıxıb.
 
Passlakın əvvəlki müqaviləsi yaya qədər idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest