“Mançester Yunayted” klubu İngiltərə Premyer Liqasında ilkə imza atıb.
 
Matc.az xəbər verir ki, “qırmızı şeytanlar” hesabda geri düşdüyü 100 oyunda qələbə qazanmağa nail olan ilk komandaya çevrilib.
 
Sözügedən kollektiv buna Premyer Liqanın 35-ci turu çərçivəsində qarşılaşdığı “Aston Villa” ilə görüşdə nail olub. Bu matçda hesabı “Aston Villa” açsa da, sonda “Mançester Yunayted” 3:1 qalib gəlib. Bu, “qırmızı şeytanlar”ın 100-cü əzmkar qələbəsi kimi tarixə keçib. İndiyə qədər Premyer Liqada heç bir klub bu qədər əzmkar qələbə qazana bilməmişdi.
 
“Mançester Yunayted” cari mövsümdə 34 oyuna topladığı 70 xalla Premyer Liqada 2-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest