Futbol üzrə İngiltərə Premyer Liqasında 36-cı tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. 
 
Turnir cədvəlinin ikinci sırasında yer alan “Mançester Yunayted” doğma meydanda “Lester Siti”ni qəbul edib. Üç qolun qeydə alındığı bu oyunda qonaqlar qalib gəliblər. Nəticədə “Mançester Siti”nin çempionluğu da rəsmiləşib.
 
Bu gün həm də 32-ci turdan təxirə salınmış “Sauthempton” – “Kristal Pelas” görüşü də baş tutub. Məhsuldar keçən görüş meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
 
İngiltərə Premyer Liqası
11 may
 
32-ci turun oyunu
 
Sauthempton – Kristal Pelas 3:1
Qol: İnqs, 19; 75. Adams, 48 – Benteke, 2.
 
36-cı tur
 
Mançester Yunayted – Lester Siti 1:2
Qol: Qrinvud, 15 – Tomas, 10. Ç.Söyüncü, 66.
 
12 may
 
23:15 Çelsi – Arsenal
 
14 may
 
23:00 Nyukasl – Mançester Siti
 
15 may
 
15:30 Bernli – Lids
18:00 Sauthempton – Fulhem
23:00 Brayton – Vest Hem
 
16 may
 
15:00 Kristal Pelas – Aston Villa
17:05 Tottenhem – Vulverhempton
19:30 Vest Bromviç – Liverpul
22:00 Everton – Şeffild Yunayted

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest