Mayın 14-də Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları keçiriləcək. Matc.az xəbər verir ki, “Qəbələ” öz meydanında “Sabah”la görüşəcək.
 
Bu, “qırmızı-qaralar”ın cari mövsümdə son ev oyunu olacaq. Komandamız paytaxt təmsilçisi ilə 15-ci dəfə qarşılaşacaq. Əvvəlki 14 matçda üstünlük “Qəbələ”nin tərəfindədir. 8 dəfə rəqibini məğlub edən komanda 1 dəfə heç-heçə edib və 5 oyunda uduzub. Baş tutan görüşlərdə 17 qola sevinən “Qəbələ” futbolçuları 14 top buraxıb. Davit Volkovla Klesio Bauk “Sabah”ın qapısına daha çox - hərəyə 3 qol vurublar.
 
Rəqiblər çempionatda 10 dəfə üz-üzə gəlib. “Qəbələ” 4, “Sabah” 5 dəfə qalib gəlibsə, bir görüş heç-heçə bitib. 9 qol vuran “qırmızı-qaralar” öz qapısından 12 top buraxıb.
 
“Qəbələ” ev qarşılaşmalarında üstünlüyə malikdir. Evdə 4 qələbə və 1 heç-heçəsi olan komanda yalnız 1 matçda məğlub olub. Bu oyunlarda 10 qola sevinən “Qəbələ” 7 top buraxıb.
 
Xatırladaq ki, mayın 14-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” - “Sabah” oyununa saat 17:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest