Kişi boksçulardan ibarət Azərbaycan millisi yeni ilin ilk təlim-məşq toplanışına start verib. Matç.az Azərbaycan Boks Federasiyasının saytına istinadən xəbər verir ki, komandamızın baş məşqçisi Vaqif Şirinov hazırlığa 26 nəfər dəvət edib.

Bunlar ölkə çempionatının finalçıları, həmçinin həlledici görüşdə döyüşməyən, lakin öz çıxışları ilə məşqçilər korpusunun diqqətini cəlb edən boksçulardır. Göygöldə təşkil olunan təlim-məşq toplanışı 21 gün davam edəcək və yanvarın 27-də başa çatacaq.

Məşqlərdə əsas diqqət funksional hazırlığa yönələcək. Toplanış fevralda Rusiyada keçiriləcək yoldaşlıq görüşlərinə və Bolqarıstanda baş tutacaq beynəlxalq turnirə hazırlıq məqsədi daşıyır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest