Futbol üzrə Gürcüstan çempionatında 13-cü turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı müdafiəçi İbrahim Qədirzadənin formasını geyindiyi “Samtrediya” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda Batumi “Dinamo”su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
 
İbrahim də bu görüşün iştirakçısı olub. 21 yaşlı müdafiəçi start heyətdə meydana çıxıb və 65-ci dəqiqədə əvəzlənib.
 
“Samtrediya” 13 oyuna topladığı 9 xalla hazırda 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest