Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Avropa çempionatları tarixində ən çox oyuna çıxmaqla rekorda imza atan futbolçuların adlarını açıqlayıb.
 
Matc.az xəbər verir ki, siyahıda Azərbaycanın əfsanəvi futbolçusu, SSRİ yığmasının və "Neftçi"nin sabiq hücumçusu Anatoli Banişevski də yer alıb. O, SSRİ yığması ilə Aç-1972-də 4 oyun keçirib. Həmin dövrdə turnirdə maksimum oyun sayı 4 idi.
 
SSRİ komandasının 3 üzvü – Valentin İvanov, Lev Yaşin və Viktor Ponedelnik Avropa çempionatları tarixinin ilk rekordçularıdır. Onlar Aç-1964-ün sonuna qədər 4 oyun keçiriblər.
 
Avropa çempionatları tarixinin hazırkı rekordçusu Kriştiano Ronaldodur. Ronaldo Portuqaliya millisi ilə turnir tarixində 21 oyun keçirib.
 
Aç-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Turnirə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest