Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Aç-2021-in seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
 
Matc.az xəbər verir ki, F qrupunda mübarizə aparan yığmamız Monteneqroda təşkil olunan 2-ci dövrənin 2-ci matçında Yunanıstan voleybolçuları ilə qarşılaşıb.
 
Podqoritsadakı "Verde" İdman Kompleksində baş tutan görüş Fərid Cəlalovun baş məşqçi olduğu kollektivin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
 
Qrupun digər oyununda Monteneqro Gürcüstan üzərində asan qələbəyə sevinib – 3:0. Bu nəticələrdən sonra maksimum nəticə göstərən Yunanıstan F qrupuna başçılıq edir – 14 xal. Monteneqro 13 xalla ikincidir. 3 xalı olan Azərbaycan millisi isə üçüncü pillədə qərarlaşıb. Gürcüstan yığması hələ xal qazana bilməyib.
 
Növbəti turun oyunları bu gün keçiriləcək. Millimiz Gürcüstanla, Monteneqro isə Yunanıstanla üz-üzə gələcək.
 
Qeyd edək ki, Avropa çempionatının təsnifat mərhələsində 7 qrupda 26 komanda mübarizə aparır. Onlardan 12-si – 7 qrup birincisi və ən yaxşı ikinci yerin sahibi olacaq 5 ölkə Aç-2021-ə vəsiqə qazanacaq.
 
Aç-2021-in seçmə mərhələsi
F qrupu
15 may
 
Yunanıstan – Azərbaycan 3:0 (25:16, 25:17, 25:13)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest