16 May 2021, 21:39
DÖYÜŞ NÖVLƏRİ
Sabah Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı start götürəcək.
Matc.az xəbər verir ki, 36 ölkədən 425 idmançının iştirak edəcəyi qitə birinciliyinin ilk 3 günündə sərbəst güləşçilər mübarizə aparacaq.
Bu gün güləşin bu növü üzrə püşkatma mərasimi keçirilib və millimizin üzvlərinin ilk rəqibləri müəyyənləşib.
57 kq
1/8 final: Əliabbas Rzazadə - Beşir Alili (Şimali Makedoniya)
65 kq
1/8 final: Zirəddin Bayramov – Abdulməcid Kudiyev (Rusiya)
70 kq
1/8 final: Cəbrayıl Hacıyev – Georgi Elbakidze (Gürcüstan)
74 kq
1/8 final: Əşrəf Aşırov – çermen Valiyev (Rusiya) / Lukas Kant (Almaniya)
86 kq
1/8 final: Orxan Abasov – Uri Kalaşnikov (İsrail)
92 kq
1/8 final: Osman Nurməhəmmədov – Recep Haydari (Şimali Makedoniya)
97 kq
1/8 final: İslam İlyasov – Aslanbek Sotiyev (Rusiya)
125 kq
1/8 final: Vahid Qalayev – Aleksi Jorjoliani (Gürcüstan)
Xatırladaq ki, sabah 57, 65, 70, 79 və 97 kq-da çıxış edən güləşçilər xalça üzərinə çıxacaq. Mayın 18-də isə 61, 74, 86, 92 və 125 kq-da iştirak edən pəhləvanlar mübarizəyə qoşulacaq. Görüşlər hər gün Bakı vaxtı ilə saat 13:30-da start götürəcək.