Zirəddin Bayramov ilk görüşdə rusiyalı idmançıya uduzmuşdu. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz bu gün təsəlliverici görüşə çıxıb. Moldova təmsilçisinə tam üstünlüklə qalib gələn Bayramov axşam seansında 3-cü yer üçün güləşəcək.

Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı keçirilir.
 
Matc.az xəbər verir ki, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən güləşçilər xalça üzərinə çıxıb.
 
Zirəddin Bayramov ilk görüşdə rusiyalı idmançıya uduzmuşdu. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz bu gün təsəlliverici görüşə çıxıb. Moldova təmsilçisinə tam üstünlüklə qalib gələn Bayramov axşam seansında 3-cü yer üçün güləşəcək.
 
İslam İlyasov da debütdə Rusiya güləşçisinə məğlub olmuşdu. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz mayın 18-də bürünc medal qazanmaq şansı əldə edib. Polşadan olan rəqib təsəlliverici görüşə çıxmadığı üçün İlyasov birbaşa 3-cü yer uğrunda qarşılaşmaya vəsiqə qazanıb. 
 
Xatırladaq ki, Əliabbas Rzazadə ilə Cəbrayıl Hacıyev ötən gün bütün rəqiblərinə qalib gəldiyi üçün bu gün final görüşlərinə çıxacaqlar.
 
Həlledici görüşlər Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
 
57 kq
1/8 final: Əliabbas Rzazadə - Beşir Alili (Şimali Makedoniya) +:-
1/4 final: Əliabbas Rzazadə - Hafiz Can Hasdemir (Türkiyə) 12:2
1/2 final: Əliabbas Rzazadə - Simyone Piroddu (İtaliya) 14:1
Final: Əliabbas Rzazadə - Axmed İdrisov (Rusiya)
 
65 kq
1/8 final: Zirəddin Bayramov – Abdulməcid Kudiyev (Rusiya) 3:5
Təsəlliverici görüş: Zirəddin Bayramov - Sergiu Lupasko (Moldova) 10:0
Bürünc medal görüşü: Zirəddin Bayramov - Vladislav Koyka (Belarus)
 
70 kq
1/8 final: Cəbrayıl Hacıyev – Georgi Elbakidze (Gürcüstan) 4:2
1/4 final: Cəbrayıl Hacıyev - Tobias Portman (İsveçrə) 9:2
1/2 final: Cəbrayıl Hacıyev - İnalbek Şeriyev (Rusiya) 7:6
FİNAL: Cəbrayıl Hacıyev - Nikolay Qrahmez (Moldova)
 
97 kq
1/8 final: İslam İlyasov – Aslanbek Sotiyev (Rusiya) 1:3
Təsəlliverici görüş: İslam İlyasov - Mixal Bielavski (Polşa) +:-
Bürünc medal görüşü: İslam İlyasov - Luka Xutçua (Gürcüstan)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest