18 May 2021, 18:03
DÖYÜŞ NÖVLƏRİ
Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.
Matc.az xəbər verir ki, qitə birinciliyinin son 3 günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq.
Millimiz bu gün Skopyeyə yollanıb. Məsul yarışda ölkəmizi gənclərdən ibarət yığmamızın böyük məşqçisi Nurəddin Rəcəbov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Zaur Əliyev (55 kq), Zaur Nuriyev (63 kq), Həsrət Cəfərov (67 kq), Xasay Həsənli (72 kq), Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) təmsil edəcək.
Qeyd edək ki, mayın 20-də güləşin bu növündə bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək. Növbəti gün 55, 63, 77, 87 və 130 kq-da çıxış edən güləşçilər xalça üzərinə çıxacaq. 60, 67, 72, 82 və 97 kq-da yer alan pəhləvanlar isə mayın 22-də mübarizəyə qoşulacaq.