Azərbaycanlı yarımmüdafiəçi Orxan Qurbanlı futbol üzrə Moldova çempionatında növbəti matçına çıxıb.
Matc.az xəbər verir ki, onun formasını geyindiyi "Dinamo-Avto" bu gün ölkə çempionatının 34-cü turu çərçivəsində səfərdə "Zimbru" ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1. Orxan da bu görüşün iştirakçısı olub. O, 85-cı dəqiqədə meydana buraxılıb.
"Dinamo-Avto" bu mövsüm Moldova çempionatında keçirdiyi 34 oyunda 42 xal toplayıb və 10 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.