Sabah "Səbail" PFK-nın Müşahidə Şurasının iclası keçiriləcək.
 
Matc.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
 
İclasda klubun 2021/22 mövsümü üçün strategiyası müzakirə olunacaq.
 
Saat 13:30-da isə mətbuat konfransı keçiriləcək. Konfransda iştirak etmək üçün akkreditasiya almaq istəyən KİV nümayəndələri saat 13:00-dək qeydiyyatdan keçməlidirlər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest