20 May 2021, 00:26
DÖYÜŞ NÖVLƏRİ
Xatırladaq ki, Avropa çempionatında Cəbrayıl Hacıyev (70 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Orxan Abasov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) gümüş, Zirəddin Bayramov (65 kq), İslam İlyasov (97 kq) və Vahid Qalayev (125 kq) bürünc medal qazanıb.
Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-23 Avropa çempionatında sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.
Matc.az xəbər verir ki, Qiqtə birinciliyinə 8 güləşçi ilə yollanan millimizin 7 üzvü fəxri kürsüyə qalxıb.
Məşqçilər Arif Abdullayev və Rövşən Hacıyevin rəhbərliyi altında mötəbər yarışda iştirak edən komandamız medal rekordunu yeniləyib. Belə ki, 2015-ci ildən keçirilən analoji turnirdə sərbəst güləş millimiz heç vaxt bu qədər medal qazanmamışdı.
Xatırladaq ki, Avropa çempionatında Cəbrayıl Hacıyev (70 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Orxan Abasov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) gümüş, Zirəddin Bayramov (65 kq), İslam İlyasov (97 kq) və Vahid Qalayev (125 kq) bürünc medal qazanıb.
Yekunda yığmamız 140 xal toplayıb və Avropa 3-cüsü olub. Rusiya 196 xalla 1-ci, Türkiyə isə 150 xalla 2-ci yeri tutub.