Futbol üzrə Braziliya və İtaliya milli komandaları arasındakı 1994-cü il dünya çempionatının final oyununu idarə etmiş baş hakim Şandor Pul vəfat edib.
 
Matc.az xəbər verir ki, bu barədə Macarıstan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Pul 66 yaşında vəfat edib. Onun ölüm səbəbi açıqlanmayıb.
 
Əsas vaxtı qolsuz başa çatan Braziliya – İtaliya matçında braziliyalılar penaltilər seriyasında rəqibini üstələyərək (3:2), çempion olmuşdu.
 
Şandor Pul Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) seçiminə əsasən ardıcıl üç dəfə ilin hakimi seçilib. O, Macarıstan Futbol Federasiyası Hakimlər Komitəsinin sədr müavini vəzifəsində çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest