Emil ehtiyat qapıçı olmaq niyyətində olmadığı üçün ayrılmaq istəyir. Şahruddin Məhəmmədəliyev də zədəli olduğundan "Qarabağ"artıq bir müddətdi yeni qapıçı axtarışlarına start verib.

Uzunmüddətli çempionluq seriyasına son qoyulan "Qarabağ"ın heyətində ciddi dəyişikliklər olacaq. Ağdam klubu bir neçə futbolçusu ilə yolları ayırmaq niyyətindədi. Matc.az xəbər verir ki, "atlılar"da əcnəbi futbolçulardan 3-ü toxunulmazdı. Söhbət Abdullah Zubir, Filip Ozobiç və Patrik Andradedən gedir. Milliləşdirilməsi gündəmdə olan xorvatiyalı ilə yeni sözləşmə imzalanacaq. Kvabena Ovusu, Xayme Romero, Uroş Matiç və Kevin Medinanın isə gedişi gündəmdədi. Sadəcə, onlarla davam edən müqavilələr var. "Qarabağ" bu futbolçularla ortaq məxrəcə gəlməyə çalışır.

Yerlilərdən isə Emil Balayev və Rahil Məmmədov komandanı tərk edə bilər. Daha doğrusu, onlarla bağlı durum qeyri-müəyyəndi. Emil ehtiyat qapıçı olmaq niyyətində olmadığı üçün ayrılmaq istəyir. Şahruddin Məhəmmədəliyev də zədəli olduğundan "Qarabağ"artıq bir müddətdi yeni qapıçı axtarışlarına start verib. Rahil Məmmədovun isə performansında eniş var. Heyətdə az-az görünən futbolçunun komandanı tərk etmək ehtimalı mövcuddu. Müqavilə müddəti başa çatan Mahir Emrelinin isə Polşanın "Legiya" klubuna keçəcəyi dəqiqləşib. (futbolpress.az)

"Qarabağ" heyətə əl gəzdirdikdən sonra, həm yerli, həm də əcnəbi bir neçə oyunçu cəlb etməyə çalışacaq.

Mövsümü 2-ci pillədə başa vuran Ağdam klubu ölkəmizi UEFA Konfrans Liqasında təmsil edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest