22 May 2021, 22:39
DÖYÜŞ NÖVLƏRİ
Xorvatiyanın Poreç şəhərində təşkil olunmuş karate üzrə Avropa çempionatına yekun vurulub. Matc.az xəbər verir ki, həlledici döyüşlər bu gün təşkil olunub.
Azərbaycan idmançıları da medal görüşlərinə çıxıblar. Amma onlardan yalnız üçü medal qazana bilib.
Qadın karateçimiz İrina Zaretska finalda yunan Vasiliki Panetsidu ilə qarşılaşıb. 68 kq çəki dərəcəsində baş tutan döyüşdən qalib ayrılan təmsilçimiz Avropa çempionu olub.
Azərbaycanın ən titullu karateçisi Rafael Ağayev Ukrayna təmsilçisi Stanislav Horuna ilə üz-üzə gəlib. 75 kq çəki dərəcəsində çıxış edən idmançımız rəqibinə məğlub olaraq gümüş medalla kifayətlənib.
84 kq çəki dərəcəsində mübarizə aparan Pənah Abdullayev də gümüş medal qazanıb. O, Türkiyədən olan Uğur Aktaşla final görüşündən məğlub ayrılıb.
Bürünc medal qazanmaq şansı olan Asiman Qurbanlı, İlahə Qasımova və Roman Heydərov isə həlledici döyüşlərindən məğlub ayrılıblar.
Avropa çempionatı
Bürünc medal görüşləri
+84 kq
Asiman Qurbanlı - Herolind Nişevçi (Kosovo) 0:1
-55 kq
İlahə Qasımova - İrina Sarıkina (Belarus) 3:5
Kata
Roman Heydərov - Mattio Busato (İtaliya) 23.4:25.6
Finallar
-75 kq
Rafael Ağayev - Stanislav Horuna (Ukrayna) 1:3
-84 kq
Pənah Abdullayev - Uğur Aktaş (Türkiyə) 1:2
-68 kq
İrina Zaretska - Vasiliki Panetsidu (Yunanıstan) 3:0