Azərbaycan çempionu olan "Neftçi" daha bir futbolçusu ilə yollarını ayıra bilər. Matc.az xəbər verir ki, paytaxt təmsilçisinin hücumçusu Stiven Jozef Monrozun komandadan ayrılmaq ehtimalı yaranıb.
 
Məsələ burasındadır ki, rəhbərlik fransalı hücumçunun maaşını azaltmaq istəyir. Amma 30 yaşlı futbolçu bununla razılaşmır. Əldə etdiyimiz məlumata görə, onun illik maaşı 250 min avrodur. Tərəflər ortaq məxrəcə gələ bilməsələr, müqaviləyə xitam veriləcək.
 
Qeyd edək ki, "Neftçi" yeni hücumçu da axtarır. Paytaxt klubu başqa hücumçu tapsa, Monrozla yollarını ayıracaq.
 
Azərbaycanda "Qəbələ"də də oynamış Monroz, 2019-cu ildən "Neftçi"nin uğurları üçün çalışır. O, bu mövsüm Premyer Liqada 15 oyuna çıxıb, 2 qolla yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest