Azərbaycan milli komandası bir qızıl, iki gümüş və bir bürünc medala, para-karateçilərin yarışında isə bir qızıl və iki bürünc mükafat sahib olub. Karateçilərdən İrina Zaretska (-68 kq) Avropa çempionu olub.

19-23 mayda Xorvatiyanın Poreç şəhərində böyüklərin 56-cı Avropa çempionatı və para-karateçilərin növbəti qitə çempinatı başa çatıb. Matc.az xəbər verir ki, idmançılarımız nüfuzlu yarışdan 7 medalla dönür.
 
Azərbaycan milli komandası bir qızıl, iki gümüş və bir bürünc medala, para-karateçilərin yarışında isə bir qızıl və iki bürünc mükafat sahib olub. Karateçilərdən İrina Zaretska (-68 kq) Avropa çempionu olub. Rafael Ağayevlə (-75 kq) Pənah Abdullayev (-84 kq) gümüş medal, kumite milli komandası isə bürünc medal qazanıb. 
 
Para-karate çempionatında Emilia Mitilinova birinci yeri, Sahib Əhədovla Eldar Əhmədov üçüncü yeri tutub. 
 
Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Avropa Karate Federasiyası (EKF) İcraiyyə Komitəsinin üzvü Yaşar Bəşirov qitə çempionatının mükafatlandırma mərasimində iştirak edib. Tokio Olimpiya Oyularında karate yarışlarını idarə etməyə dəvət alan beynəlxalq hakim və EKF Hakimlər komitəsinin üzvü Cahangir Babayev Avropa çempionatında final görüşlərini idarə edən referilər arasında olub. Avropa çempionatında 47 ölkədən 513 karateçi, Para-Karate çempionatında isə 15 dövlətdən 49 idmançı iştirak edib.
 
Azərbaycan Respublikasının Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov yarış günlərində komandaya dəstək vermək üçün Avropa çempionatında idmançılarmızla bir yerdə olub. Komanda ilə görüşdə Qurbanov qarşıdakı yarışlarda idmançılara uğurlar arzulayıb.  
 
Yarışdan sonra EKF-in bayrağı növbəti Avropa çempionatının təşkilatçısı Türkiyə Karate Federasiyasının rəsmilərinə verilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest