25 May 2021, 15:16
TOP OYUNLARI
Voleybol üzrə Azərbaycan milli komandasının üzvü İlhamə Əliyeva yığmaya çağırılmasından və Rumıniyadakı təlim-məşq toplanışından danışıb.
Matc.az xəbər verir ki, gənc voleybolçu federasiyanın rəsmi saytına açıqlamasında Qızıl Avropa Liqasında uğur qazanmağa çalışacaqlarını söyləyib:
"Böyük qürur hissi keçirirəm ki, milli komandamızın heyətində çıxış edən oyunçulardan biri də mənəm. Milli komandada mübarizə aparmaq həm sevindirici, həm də həyəcanlıdır. Son mövsümdə "Murov" klubunda çıxış etmişəm. İlk dəfədir ki, milli komandamızın heyətində böyük arenada mübarizə aparacam. Oyunlar zamanı əlimdən gələn qədər komandamıza kömək etməyə çalışacağam. Qızıl Avropa Liqasında mübarizə aparacaq komandamızın tərkibi demək olar ki, gənclərdən ibarətdir. Bir neçə oyunçu bu mövsüm ərzində məşq edib, oyun keçirib. Buna baxmayaraq, məşqçilərimiz təlim-məşqlərə başladığımız gündən etibarən oyunlara yaxşı hazırlaşmağımız üçün məşqləri yüksək səviyyədə keçirməyə çalışıblar. Uzun müddətlik fasilədən sonra qısa zaman ərzində oyunçuların formasını bərpa etmək istəyirlər. Hər birimiz oyunlarda sona kimi savaşmağa və gözəl oyun göstərməyə hazırıq. Komandamıza uğurlar arzu edirəm".