İyunun 14-dən 20-dək Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçiriləcək. Matc.az xəbər verir ki, qitə birinciliyində hər 3 güləşi növü üzrə millilərimiz ölkəmizi təmsil edəcək.
 
Yığmalarımız məsul yarışa Bakıda hazırlaşır. Sərbəst güləşçilər böyük məşqçi Əsgərxan Novruzov, qızlar isə böyük məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışı keçir. Yunan-Roma güləşi üzrə müvafiq komandamız isə Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında böyük məşqçi Taleh İsrafilovun tapşırıqlarını icra edir.
 
Qeyd edək ki, analoji yarış sonuncu dəfə 2019-cu ildə İtaliyanın Faenza şəhərində keçirilib. Həmin Avropa çempionatında güləşçilərimiz uğurlu çıxış edərək 4 qızıl, 3 gümüş, 8 bürünc olmaqla, ümumilikdə 15 medal qazanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest