Bu gün Bolqarıstanın paytaxtı Sofiyada 15 yaşadək güləşçilər arasında Avropa çempionatı start götürüb. Matc.az xəbər verir ki, mayın 30-dək davam edəcək qitə birinciliyində Azərbaycanı yunan-Roma güləşi üzrə müvafiq komandamız təmsil edəcək.
 
Məşqçilər Əbülfət Məmmədov və İlham Vəzirovun rəhbərliyi altında 12 yeniyetmə pəhləvanımız məsul yarışda qüvvəsini sınayacaq. 
 
Heyətdə Elşad Abbasov, Turan Daşdəmirov (hər ikisi 38 kq), Emin Cavadlı (41 kq), Murad Əliyev, Nurlan İbadzadə (hər ikisi 44 kq), ömər Məmmədli, Tural Əhmədov (hər ikisi 52 kq), Məhəmməd Əliyev, Həmzə Rəsulzadə (hər ikisi 57 kq), Rinat Nuriyev, Əli Məlikov (hər ikisi 62 kq) və Orxan Hacıyev (75 kq) yer alıb. Mayın 29-da klassik güləşdə mübarizəyə start veriləcək. Növbəti gün medalçılar müəyyənləşəcək.
 
Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Bəşir İsazadə Aç-də ədaləti qoruyacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest