28 May 2021, 10:08
TOP OYUNLARI
Qızıl Avropa Liqasında iştirak edəcək qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Rumıniyanın "Horia Demian" idman zalında son məşqinə çıxıb.
Matc.az xəbər verir ki, A qrupunda mübarizə aparacaq yığmamız bu gün 21:00 da ilk rəsmi görüşünü İspaniya millisinə qarşı keçirəcək.
Voleybolçularımız Qızıl Avropa Liqasına hazırlıq mərhələsində vaxtın az olmasına baxmayaraq, təlim-məşq toplanışı çərçivəsində 2 yoldaşlıq görüşü də keçirib.
Komandamız Qızıl Avropa Liqasının A qrupunda Fransa, Rumıniya və İspaniya ilə mübarizə aparacaq. Komandalar ilk dövrəni mayın 28-30-da Rumıniyada, ikinci dövrəni iyunun 4-6-da Fransada oynayacaqlar.
Qeyd edək ki, Qızıl Avropa Liqasında hər qrupda 4 komanda 3 qrupda mübarizə aparacaq. İki dövrədən ibarət olacaq oyunlardan sonra qrup mərhələsinin qalibi və ən yaxşı ikinci yerin sahibi iyunun 19-20-də Bolqarıstanda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq. B qrupunun iştirakçısı olan Bolqarıstan yığması finala vəsiqə qazanan komandalar arasında yer tutmazsa, o, həlledici mərhələyə qrup birinciləri ilə birgə ev sahibi kimi qatılacaq.
Qızıl Avropa Liqası
A qrupu
I dövrə, Rumıniya
28.05.21
21:00. İspaniya – Azərbaycan
29.05.21
18:00. Azərbaycan – Rumıniya
30.05.21
21:00. Fransa – Azərbaycan
II dövrə, Fransa
04.06.21
19:00. İspaniya – Azərbaycan
05.06.21
22:00. Fransa – Azərbaycan
06.06.21
17:00. Azərbaycan – Rumıniya