İtaliyanın "Yuventus" komandasının yeni baş məşqçisi bəlli olub.
 
Matc.az xəbər verir ki, Turin təmsilçisini bundan sonra Massimiliano Alleqri çalışdıracaq.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Amma tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb. İtaliya mətbuatı isə 53 yaşlı mütəxəssisin sabiq klubu ilə 3 illik anlaşdığını yazıb.
 
Alleqri 2014-2019-cu illər aralığında da "Yuventus"a rəhbərlik edib. O, iki illik fasilədən sonra yenidən sabiq klubuna qayıdıb. Bu müddətdə o, heç bir komandanı çalışdırmayıb. İtalyan mütəxəssis Turin təmsilçisini 5 dəfə A Seriyasının, 4 dəfə ölkə kubokunun, 2 dəfə isə super kubokun qalibi edib.
 
Qeyd edək ki, Alleqri "Yuventus"da bu gün istefaya göndərilən Andrea Pirlonu əvəz edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest