Rusiyada Marat Kabayevin 60 illik yubileyi və 1 iyun uşaqların müdafiəsi günü ilə əlaqədar turnir keçirilib.
 
Matc.az xəbər verir ki, turniri azərbaycanlı iş adamı Tofiq Məhərrəmov və Hüseyn Qazıyev təşkil edib.
 
Turnir Moskvada "Salyut-Geraklion" stadionunda keçirilib. Fəxri qonaqlar arasında "Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin də olub. Vaxtilə Syomini Azərbaycana gətirmiş futbol meneceri Firaiz Əliyev də turnirə dəvət olunub.
 
Qeyd edək ki, sabiq futbolçu və məşqçi olan Marat Kabayev, olimpiya, dünya və avropa çempionatlarının qalibi olmuş Alina Kabayevanın atasıdır.
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest