İlk turda İspaniyaya uduzan voleybolçularımız, bu dəfə də uğursuz çıxış ediblər. "Horia Demian" idman zalında baş tutan oyunda meydan sahibləri 3:0 hesabıyla qalib gəliblər.

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası bu gün Qızıl Avropa Liqasında növbəti oyununa çıxıb. Matc.az xəbər verir ki, komandamız bu dəfə ilk dövrənin oyunlarına ev sahibliyi edən Rumıniya ilə üz-üzə gəlib.
 
İlk turda İspaniyaya uduzan voleybolçularımız, bu dəfə də uğursuz çıxış ediblər. "Horia Demian" idman zalında baş tutan oyunda meydan sahibləri 3:0 hesabıyla qalib gəliblər.
 
Qeyd edək ki, komandamız Qızıl Avropa Liqasının A qrupunda Fransa, Rumıniya və İspaniya ilə mübarizə aparır. Komandalar ilk dövrəni mayın 28-30-da Rumıniyada, ikinci dövrəni iyunun 4-6-da Fransada oynayacaqlar. Komandamız sabah ilk dövrənin son turu çərçivəsində Fransa yığması ilə qarşılaşacaq.
 
Qızıl Avropa Liqasında hər qrupda 4 komanda 3 qrupda mübarizə aparır. İki dövrədən ibarət olan oyunlardan sonra qrup mərhələsinin qalibi və ən yaxşı ikinci yerin sahibi iyunun 19-20-də Bolqarıstanda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq.
 
Qızıl Avropa Liqası
A qrupu
29 may
 
Azərbaycan - Rumıniya 0:3 (14:25, 13:25, 11:25)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest