"Barselona" klubunun yeni transferi Serxio Aquero açıqlama verib. Matc.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan argentinalı hücumçu, "Barselona"ya keçidi haqda bunları deyib:
 
"Barselona"nın dünyanın ən yaxşı klubu olduğunu hamımız bilirik. Bura gəlməklə böyük qərar vermiş olduğumu bilirəm. Komandaya kömək etmək üçün əlimdən gələni edəcəm. "Barselona"ya gəlmək karyeramda irəli atılan bir addımdır.
 
çox xoşbəxtəm. ümid edirəm ki, bu komanda ilə kuboklar qazanacam. Hər şeydən əvvəl komandama kömək etmək istəyirəm. Komanda yaxşı çıxış etsə, mən də yaxşı olacam. Söz verirəm ki, əlimdən gələni edəcəm".
 
Aquero "Barselona" ilə iki illik müqaviləyə imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest