Qadınların yarışında isə tatami üzərinə Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi 48 kq) və Gültac Məmmədəliyeva (52 kq) çıxacaq.

İyunun 6-da Macarıstanda cüdo üzrə növbəti dünya çempionatına start veriləcək. Matc.az xəbər verir ki, paytaxt Budapeştdə 1 həftə davam edəcək yarışda Azərbaycan millisinin 9 kişi və 3 qadın idmançısı qüvvəsini sınayacaq.

Belə ki, mundialda 66 kq çəki dərəcəsində Davud Məmmədsoyla Kəramət Hüseynov mübarizə aparacaq. Orxan Səfərovla Nicat Şıxəlizadə 66 kq çəkidə medal qazanmağa çalışacaq. ölkəmizi 73 kq-da Nurlan Osmanov və Hidayət Heydərov, 81 kq çəkidə Zelim Tskayevlə Murad Fətiyev təmsil edəcək. Elmar Qasımov yenə 100 kq-da gücünü yoxlayacaq.

Qadınların yarışında isə tatami üzərinə Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi 48 kq) və Gültac Məmmədəliyeva (52 kq) çıxacaq.

Qeyd edək ki, yarışda 131 ölkədən 700-dən çox idmançının iştirakı gözlənilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest