Futbol üzrə milli komandalar arasında yoxlama oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha bir neçə belə görüş baş tutub.
 
Aç-2022-yə hazırlığı davam etdirən Türkiyə millisi qitə birinciliyi ərəfəsindəki son sınaq matçında Moldova ilə qarşılaşıb. "Neftçi"nin sabiq baş məşqçisi Roberto Bordinin çalışdırdığı rəqiblə görüş "ay-ulduzlular"ın inamlı qələbəsiylə başa çatıb.
 
Azərbaycan millisinin Dç-2022-nin seçmə mərhələsindəki rəqiblərindən olan İrlandiya yığması Andorra ilə oyunda darmadağına sevinib. 
 
İsveçrə yığması Lixtenşteynlə görüşdə 7 cavabsız qola sevinibsə, Ukrayna Şimali İrlandiyanı minimal hesabla yenib. Belçika və Yunanıstan yığmalarının duelində isə qalib müəyyənləşməyib.
 
Yoxlama oyunları
2 iyun
 
Andorra – İrlandiya 1:4
İsveçrə – Lixtenşteyn 7:0
Türkiyə – Moldova 2:0
Ukrayna – Şimali İrlandiya 1:0
Belçika – Yunanıstan 1:1

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest