04 İyun 2021, 21:34
TOP OYUNLARI
Qızıl Avropa Liqasında hər qrupda 4 komanda 3 qrupda mübarizə aparır. İki dövrədən ibarət olan oyunlardan sonra qrup mərhələsinin qalibi və ən yaxşı ikinci yerin sahibi iyunun 19-20-də Bolqarıstanda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq.
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası bu gün Qızıl Avropa Liqasında növbəti oyununa çıxıb. Matc.az xəbər verir ki, komandamız Fransa təşkil olunan ikinci dövrənin ilk matçında İspaniya yığmasıyla qarşılaşıb.
Voleybolçularımız bu oyunda da uğur qazana bilməyiblər. İlk setdə uduzan yığmamız, ikinci setdə hesabı bərabərləşdirsə də, sonrakı iki setdə uduzaraq meydanı xalsız tərk ediblər.
Qeyd edək ki, komandamız Qızıl Avropa Liqasının A qrupunda mübarizə aparır. Rumıniyada təşkil olunan ilk dövrədəki bütün matçlarında uduzan voleybolçularımız növbəti görüşünü sabah meydan sahiblərinə qarşı keçirəcək. Son turda isə komandamız iyunun 6-da Rumıniya ilə qarşılaşacaq.
Qızıl Avropa Liqasında hər qrupda 4 komanda 3 qrupda mübarizə aparır. İki dövrədən ibarət olan oyunlardan sonra qrup mərhələsinin qalibi və ən yaxşı ikinci yerin sahibi iyunun 19-20-də Bolqarıstanda keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq.
Qızıl Avropa Liqası
A qrupu
4 iyun
İspaniya - Azərbaycan 3:1 (25:19, 22:25, 25:21, 25:13)
İspaniya – 11, Rumıniya – 6, Fransa – 4, Azərbaycan – 0.