"Neftçi"nin fiziki hazırlıq üzrə məşqçisi Eduardo Karo İspaniya mətbuatına açıqlama verib. Matc.az xəbər verir ki, AS nəşrinə danışan ispan məşqçi, Premyer Liqada çempion olmaları ilə bağlı bunları deyib:
 
"Son illərdə Avropaya getmək "Qarabağ"a yaxşı maliyyə gücü qazandırdı. Lakin bilirdik ki, son oyunlarda yaxşı çıxış etsək, çempion ola bilərik. İtirəcəyimiz bir şey yox idi və qazanmaq üçün hər şeyi etdik. Bu çempionluğun təsadüfi olmasını və "Qarabağ"ın hegemonluğunun davam etməsini istəmirik".
 
Karo Premyer Liqanın son turunun "Qarabağ"la matçından sonra çempionluq kubokunu Şəhidlər xiyabanına aparmalarından da söz açıb:
 
"Oyundan sonra çempionluq sevincimizi qeyd etdik, şəkillər çəkdirdik. Sonra avtobusa mindim və klubun bazasına qayıdacaqdıq. Maşınımı götürüb, evə gedəcəkdim. Lakin Ermənistanla müharibədə şəhid olan əsgərlərin məzarına getdilər. Biz də orda idik. Liqanı qazanmışdıq, ancaq qəbiristanlıqdaydıq. çox qəribə vəziyyət idi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest