05 İyun 2021, 17:39
DÖYÜŞ NÖVLƏRİ
Boks üzrə Azərbaycan milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarına ikinci lisenziyanı qazanıb. Matc.az xəbər verir ki, yığmamızın heyətində Tayfur Əliyevin (57 kq) ardınca Cavid çəbiyev bu hüquqa yiyələnib.
Dünya çempionumuz Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub. 63 kq çəki dərəcəsində mübarizə aparan 29 yaşlı boksçu 1/8 finalda Corc Batesdən (İrlandiya) üstün olub.
çəbiyev 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Olimpiadada da iştirak edib.
Qeyd edək ki, Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.