O, 1/4 finalda ukraynalı Tsotne Roqava ilə üz-üzə gələcək. Döyüş sabah keçiriləcək. İdmançımız yarımfinala yüksələcəyi halda Tokio Yay Olimpiya Oyunlarına vəsiqə əldə edəcək.

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Avropa Olimpiya Təsnifat Turnirində mübarizəyə başlayıb.
 
Matc.az xəbər verir ki, +91 kq çəki dərəcəsində yarışan idmançı Olimpiadaya vəsiqə uğrunda ilk döyüşünə çıxıb.
 
Milli üzvü Fransanın paytaxtı Parisdə təşkil olunan yarışda Adam Kuliklə (Ukrayna) gücünü yoxlayıb. 1/8 final çərçivəsində baş tutan görüş 5:0 (30:27, 30:25, 30:27, 30:26, 30:26) hesabı ilə Abdullayevin xeyrinə bitib.
 
O, 1/4 finalda ukraynalı Tsotne Roqava ilə üz-üzə gələcək. Döyüş sabah keçiriləcək. İdmançımız yarımfinala yüksələcəyi halda Tokio Yay Olimpiya Oyunlarına vəsiqə əldə edəcək.
 
Qeyd edək ki, bu gün daha bir boksçumuz rinqə çıxacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest