Avropa Oyunlarının qalibi, Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində yarımfinala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub. 81 kq çəki dərəcəsində mübarizə aparan 26 yaşlı boksçu, 1/4 finalda İmam Xatayevi (Rusiya) məğlub edib.

Boks üzrə Azərbaycan milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarına üçüncü lisenziyanı qazanıb. Matc.az xəbər verir ki, yığmamızın heyətində Tayfur Əliyev (57 kq) və Cavid çələbiyevin (63 kq) ardınca Alfonso Dominqes də bu uğura imza atıb.
 
Avropa Oyunlarının qalibi, Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində yarımfinala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub. 81 kq çəki dərəcəsində mübarizə aparan 26 yaşlı boksçu, 1/4 finalda İmam Xatayevi (Rusiya) məğlub edib.
 
Onun yarımfinalda rəqibi Qazimaqomed Jalidov (İspaniya) olacaq. Döyüş iyunun 7-nə təsadüf edəcək.
 
Qeyd edək ki, Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest